CƏLİL MƏMMƏDQULUZADƏ MİLLİ ŞÜURUN FORMALAŞMASINDA ƏVƏZSİZ XİDMƏT SAHİBİDİR
ساتیریک ادبیات (Satirik Ədəbiyyat)

CƏLİL MƏMMƏDQULUZADƏ MİLLİ ŞÜURUN FORMALAŞMASINDA ƏVƏZSİZ XİDMƏT SAHİBİDİR

“Sizi deyib gəl­­mi­şəm, ey mənim müsəlman qardaşlarım!” xitabı ilə çapdan çıxan “Mol­la Nəsrəd­din” jurnalı çə­tin bir dövrdə mübarizə meydanına atılır. Onun gur səsi il­dı­rım sü­rə­ti ilə ətrafa ya­­yı­lır, o səs nəinki Güney Qafqaz ölkələrində, hətta onun sər­həd­lə­rin­­­­dən çox uzaq­lar­da eşidil­mə­yə başlanır. “Molla Nəsrəddin” jurnalı Bakıda, Təbrizdə, Nax­çıvanda və Gəncədə yayılıb şöhrət­lən­­diyi qədər, Tehranda, Ankara və İstanbulda, Daş­kənddə və Aşqabadda, Ka­zan­da və Oren­­­burq­da, Həş­tər­­xanda və Ufada, Moskvada və Pe­terburqda, Səmər­qənd­­də, Ame­ri­ka, İngiltərə, Fransa, Hindistan, Çin, Finlandiya və Kəl­küt­də, İtaliyada [Bax: “Molla Nəsrəddin” jur­na­lı, 1911, №38] ­­­da ya­yıl­mış, hər yer­də də mütərəqqi ictimai qüvvələr mühitində böyük nüfuz qa­zanmışdır. Az keçmir ki, azər­bay­­­canlıların daha çox mərkəzləşdiyi Tiflisin Şeytanbazar məhəlləsi “Mol­­la Nəsrəddin” düş­mənlərinin qor­xu­lu yuvasına çevrilir. Onlarla şeytanbazarlı Tif­lis mol­­­lası Mir Bağır Mir­hey­dər­za­də­nin baş­çılığı ilə jurnalı baykot etməyə ha­zır­­­la­şır­. Mir Ba­ğır və onun dost­la­rı çadradan ya­zan, qa­dına hüquq və təhsil ve­ril­­­mə­sini tə­­ləb edən “Molla Nəs­­rəddin”i “mü­­qəddəs qu­ra­nın, gö­zəl şəriətin” düş­­mə­­­ni ad­lan­dı­rır­­lar. On­­­lar jur­nalın nəş­­­­rini da­yan­dır­­maq, bu müm­kün ol­ma­dığı təq­­­dirdə isə onu əqi­də və məs­­­­lə­kin­dən dön­dər­­­­mək üçün müx­təlif va­si­tə­lər­dən is­ti­fa­­də edirlər. Lakin bay­­­kot böyük demokrat Cəlil Məm­məd­qu­lu­za­dəni və onun məs­lək, əqidə, amal dost­­la­rını va­­himəyə salmır, onları öz möv­qelərindən döndərə bil­­mir. Cəlil Məmmədquluzadə yazır ki, “... doqquz yüz doxsan doqquz rəmmal, kim­ya­­gər, ilan oynadan, qüdrətdən həkimlik edən, qeybdən ruzi qazanan, tasquran, bu­run pü­­lü­yən, falçı, qaraçı, quli-biyabanı, dəmdabaca, əfsungər, sehrbaz, kəndirbaz, quş­baz, it­baz, qurt­baz nağıl, məsələ şəkli çəkmişik və bu şəkilləri çəkmək cə­hə­tin­dən bü­tün is­lam alə­mi­nin yüz hissədən doxsan doqquz hissəsi biz ilə düşman olub”.Əgər Bonapart Na­po­le­on “bütün dünyadan lüğətləri yığıb mənə versəydilər mən oradan “dünyada olmaz olmaz” sözünü çıxarardım” – deyirdisə, Cəlil Məmmədquluzadə də “Molla Nəs­rəd­din” jurnalının ümu­­­­­­­­­­­­­­­­milikdə 25 illik “iş planı”nda “din, məzhəb, şəriət, etiqad, iman, cən­nət, cə­­­­­­hənnəm, müc­tə­hid, mol­la, keşiş, xa­xam, mürid və habelə bütün bu qism söz­lər gə­rək in­­­­sanlar ara­sından götürülüb lü­ğət­lər­dən, kitablardan, yazılardan ta­ma­­mi­lə silinib tul­­lan­­­­­­sın­lar! Məs­cidlər, kəlisalar, sinaqoqlar, tək­yələr, ibadətgahlar, pir­­lər, ziyarət­gah­lar, məh­­­fillər, əza yerləri tamamilə sökülüb, da­ğı­lıb, maarif və mə­­­də­niy­­yət ev­lə­ri­nə dön­də­ril­­məli..., o yer­lərdə məktəb, qiraətxana, ki­tab­xa­na və da­­ha bu kimi maarif və mə­də­niy­­­yət guşələri açılmalıdır” – deyirdi. (Bax: “Mol­la Nəsrəd­din” jurnalı, 1929, №51).
Cəlil Məmmədquluzadənin da­ha çox qabartdığı pe­da­­­qoji prob­lem­lər aşa­ğı­da­­­­kılar idi: təlimin ana di­lin­də apa­­­­­­­­­­­rılması, məktəblərdə hökm sürən sxolastikanın aradan qal­dı­rıl­ma­sı, təhsilin ümu­mi, məc­buri və pulsuz olması, rəğ­­bət­­lən­dir­­mə­­­­­yə üstünlük verilməsi, ye­ni mil­­li mək­­təb­lə­rin yara­dıl­ma­sı, ana di­­lin­də dərs­­­­­lik­lə­rin ha­­­­­zır­lan­ma­sı, təhsilin məz­mu­­nu­nun mil­­li­ləş­dirilməsi və zənginləşdirilməsi, yeni tə­lim üsul­la­rı­­nın tət­­­­­bi­qi, tə­li­­­min çə­tin­li­­yi­ni uşaq­­la­­rın əqli və fiziki imkanları ilə uyğun­laş­dı­rıl­ma­­­sı, əlifbanın dəyişdirilməsi, qa­dın təh­­sili, dünyəvi təh­si­lin genişləndirilməsi, tər­­bi­yə­nin məq­­­­­səd və məz­munu­nun mü­əy­yən­­­ləş­­dirilməsi və s. Bu ide­­ya­lar Mirzə Cəlilin fəa­­liy­yəti­nin ley­t­­mo­tivini təş­kil edir­­di. Mil­li di­­lə və tə­­­limin ana di­­lin­­də apa­rıl­­­ma­sına mü­­­­­­na­si­­­bət mə­sələsi xal­qın var­­lı­ğı­na, azad­lıq və müs­­­­­­tə­­qil­li­­yi­nə mü­­­na­sibət sə­viy­­yə­sində hə­­lə heç bir əsrdə belə kəs­­kin­lik­­­lə irə­li sü­rül­­­­mə­­­miş­di. Maarif fədaisi C.Məmmədquluzadə yeni mək­təb­­­lə­ri maarifçiliyin mil­li şüur tə­­­li­mi­nin mü­qəd­dəs idealı hesab edir­di.
Həmçinin, C.Məmmədquluzadə siyasi-ictimai məramdan tutmuş, ayrı-ayrı mə­­­­­­­­­nə­­­vi əx­­­­­­la­­qi sifətlərə qədər, bütün varlığı ilə xalqa, ata-babaların mütərəqqi, gö­zəl, nə­­­cib adət-ənə­nə­lə­ri­nə, doğma ana dilinə bağlı olmasına qədər, geyiminə, gör­kə­­­­­mi­nə, əsa­­­sı­na, mə­­­­­­za­cına qə­dər, demək olar, bütün sifətlərindən söhbət açır. O, gah ör­­­tü­lü, gah açıq bir dillə Molla əmi­nin fəhlə və kəndli dostu olduğunu, şah­la­­­­­­ra, sul­­­tan­­­lara, çar­­­la­ra və kral­­­­la­­ra nifrət etdi­yi­ni bildirirdi: “Molla Nəsrəddin kənd­­­li­­lərin köh­nə dos­tu­­dur”; “...Mo­l­la Nəs­­rəddin köhnə sayaqla hürriyyət və əda­lət bay­­rağı al­tın­­­da” ça­lı­şa­caq­­dır; “Mol­la Nəs­rəd­­dinin məqsədi ...vəhşi adətlərin or­ta­­­­­lıq­dan gö­tü­rül­­məyi yo­lun­da çalış­maq­dır”; “Mol­­la Nəsrəddinin borcu yazıları və şə­­kil­ləri ilə mü­­­­səlman qar­­daş­la­rı “xə­bər­dar elə­mək­­dir ki, düş­­mənlərini tanısın­lar” və s.
Cəmiyyətdəki haqsızlıq, zülm, rəzalət, cəhalət, avamlıq, mütilik, üfu­nət iyi ve­­­­­­­­rən hal­la­­rın üs­­tün­­dən “pərdələri qovzamaq”, “sirləri açmaq” C.Məmmədquluzadənin əsas xü­­su­­­­­siy­yət­lə­­­­rindən biri olmuşdur. C.Məmmədquluzadə xalqın milli adət və ənə­­­­­nə­­­­lə­­rin­­dən, mənəvi-əxlaqi, psi­xo­­­loji xü­­susiyyətləri haqqında geniş bəhs et­miş­dir. Aş­kar ol­muş­dur ki, onun baş­lı­ca mə­­ziy­yət­lə­rindən biri doğrucul, hə­qi­qət­pə­rəst ol­ma­sı­dır. İctimai əhə­­­­­miy­yə­­tə malik, tərbiyəvi, mə­­­nalı gülüşü Ə.Haq­ver­diyev “Mol­­la Nəs­rəd­­­din haq­­­­qında xa­­tı­­ra­tım” yazısında belə xa­tır­­layır: “Molla Nəs­rəd­di­n”in qüv­vət­­li düş­­­­­mən­lə­ri, məsə­lən, İrə­­van və Naxçıvan xan­la­rı, ya Qara­bağ, Gəncə bəy­ləri Tif­lisə ge­­­dən­də jur­­na­­lın ida­rə­si­nə get­­­­­­məyi özlərinə borc hesab edir­­­dilər və get­mək­dən məq­səd ancaq Cəlil Məm­məd­qu­lu­za­də­nin o “murdar sifə­ti­­­­ni” gör­mək və son­ra la­zımi ye­rin­­­də onu məs­­xərə et­mək idi. Nə­ha­­yət, bu xəyal ilə onun yanına ge­­­­dib onun­la bir qə­dər müsa­hi­bə etməkdən sonra başqa bir və­ziy­yət­də çıxırdılar. Və:
Canım, kişinin yazdıqları doğrudur, ancaq adam hər doğrunu yaz­ma­ma­lı­dır, – de­­­yir­di­lər; deməli, onun haqlı olduğunu düşmənləri də təsdiq edirdilər”.
C.Məm­­mədquluzadə ömr­ünün sonuna qədər apardığı mübarizlərdən biri də ana di­li­nin saf­­lığı, təmizliyi, onu hər cür yad təsirlərdən qorumaq məsələsi idi. “Molla Nəs­rəd­din” jurnalında millətə milli mənlik şüuru aşılamaq, mənəvi di­ri­­­lik dər­­si keçmək üçün tə­li­min ana dilində aparılması ideyası geniş surətdə təbliğ edi­­­lir, ana di­­linin tədrisi bütün tə­lim işinin mərkəzinə qoyulurdu. Heç də təsadüfi deyil ki, birinci nömrəsini “…Ey mə­nim türk /azərbaycanlı/ qar­­­daş­­la­rım, mən ki, siz ilə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili da­­nış­­maq eyibdir və şəxsin elmimin azlığına dəlalət edir. Am­ma hərdən bir keç­­miş gün­­ləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ana­nız sizi be­şik­­də yır­­ğa­­laya-yır­­ğalaya si­zə türk dilində lay-lay deyirdi… hərdənbir ana di­li­ni da­­­nışmaq ilə keç­­miş­də­­ki gözəl gün­ləri yad etməyin nə eybi var! – söz­­ləri ilə baş­la­yan “Molla Nəs­­rəddin” jurnalı son nömrəyə kimi öz ənənəsinə sa­diq qal­­dı, ana dilinə eh­ti­ram gös­tər­­di və onun fəal təb­liğatçısına çevrildi. Jurnalın ilk nöm­­­rəsində dərc edil­miş “Məc­­mu­ə­­mi­zə müştəri olan­lara nəsihət”də əks mə­na­da ba­­şa dü­şü­ləcək beş nə­si­hət ve­ri­lir­di. Həmin “nəsi­hət”­də göstərilirdi ki, “mək­tub­­la­rı elə bir dil­də ya­zın ki, bir dənə türk kəl­­mə­si ol­ma­sın. Türkcə yazmaq eyibdir”.
C.Məm­­mədquluzadə Azərbaycan dilinin varlığı, yaşaması və tərəqqisi üçün ən mü­­­hüm vasitəni xalqın siyasi hüquqa malik olmasını, onun rəsmi dövlət di­­­li ol­­­ma­sı­nı hesab edir­­­­di. Çarizm səltənəti zamanı qeyri rus millətlərinin, o cüm­lə­dən Azər­­­bay­­can xalqının da heç bir siyasi hüququ yox idi. Jurnal hüquq bə­ra­bər­siz­­liyinə qar­­­şı mü­­ba­rizə aparırdı. C.Məm­­mədquluzadə Azərbaycan mək­təb­lə­rin­də ana di­­li­nin təd­ris edil­­mə­sini həra­rət­­­lə təb­liğ etmiş və onun böyük carçısı ol­muş­­dur. Ona gö­rə də C.Məm­­mədquluzadənin apar­­dı­ğı mübari­zə xalqını sevən, onun gələcəyini dü­şü­­nən insanlar tə­­rə­findən al­qışla­nır­­dı. C.Məm­­mədquluzadənin ortaya atdığı hər bir ideya ma­arif­­çi­lər, pe­da­qoqlar, mək­təb­dar­lar tə­rəfindən dəstəklənir, el­mi mü­­bahisələr ge­niş­lənirdi. C.Məm­­mədquluzadə öz fik­rini açıq yazaraq, xal­qı ba­şa salırdı ki, ana di­lini unutmaq ol­maz, uşaq­la­rı­nızı ana di­lində oxut­durun, ana di­lin­də mək­təb­lə­­rin açılmasına kö­mək edin. “Ax, necə ar­zu edər­dim ki, mən də sahibix­ti­yar olub, ürə­­yimin dərd­lərini mey­da­na qoyub in­tişar edə bi­ləm” – deyən C.Məm­­­­məd­­­qu­lu­­­zadənin arzu etdiyi bu fi­kir­lər Azər­­bay­ca­nın mü­tərəqqi fi­kir­li adamla­rı­nın ha­mı­sı­nı dü­şün­dürən arzular, istəklər və ide­yalar idi.
C.Məm­məd­­­qu­lu­­­zadə Azərbaycan xalqına axıra qədər sadiq qaldı, onun özü qə­dər qə­­dim mədəniyyətinə və dilinə hörmət bəslədi. Ana dilinin əhəmiyyəti və mək­təb­­lər­­də onun tədrisinin jurnal səhifələrində ardıcıl olaraq irəli sürülməsi Azər­­­bay­­can pe­da­qo­­ji fik­ri­nin inkişafına müsbət təsir edirdi. Bu, mütərəqqi zi­ya­lı­la­­rı ruh­lan­dırır və on­lara ye­ni qüv­vət verirdi. C.Məm­məd­­­qu­lu­­­zadənin irəli sür­­düyü bu mə­sə­lə­lə­ri de­­­mokratik qüv­vələr al­qış­ladılar və ona kömək etdilər. “Də­bis­­tan”, “Rəh­bər”, “Qoç-Də­­vət” və başqa jur­nal və qə­zet­lər C.Məm­məd­­­qu­lu­­­zadənin və ya “Molla Nəsrəddin” jur­­nalının səsinə səs ver­di­lər, on­­­lar da ana dilinin təd­risi və ana dilində mək­təb­lə­rin açılması ideyasını mü­da­fiə et­mə­­­yə baş­la­dılar. C.Məm­məd­­­qu­lu­­­zadənin ana di­­lində oxumaq, ana di­lində mək­­­təb­­lər açmaq fik­ri­nə mürtəce qüv­vələr əks çıxır, jur­­nalının irəli sürdüyü ye­ni­lik­lə­rə mən­­fi münasibət bəs­lə­yirdilər. Bu mür­təce qüv­və­lər getdikcə artırdı. Bu elə bir dövr idi ki, ictimai hü­qu­qun­dan məhrum edil­­miş, hü­ququ tapdalanmış, siyasi şü­uru zəif olan milyonlarla savadsız adam­ları oyat­­maq la­zım idi. Bu sahədə aparılan mü­ba­ri­­­zə­dən jurnal qorxmur və çə­kin­mir­­di, çün­ki o, xalq­­la bağlı idi, bu mübarizədə o, xal­qa ar­xa­­lanırdı. C.Məm­məd­­­qu­lu­­­za­də­nin yazdığı kimi, “Molla Nəs­­rəd­din”i təbiət özü yaratmışdı, zə­ma­nə özü ya­ratmışdı. Mirzə Cəlilin ideya istiqaməti təkcə realist baxış yolu deyil, eyni za­­­man­­­­­­­da sa­tirik üslubu ilk növbədə dövrlə, ictimai və mənəvi əsarətin təsviri ilə şərt­­lən­­­­i­­­­­r. C.Məmməd­qu­lu­zadə keçən günləri belə xatırlayır: “Şərqin qa­ran­lı­ğı­­nı tə­səv­vür edən­­­­­­də in­­sana elə bir tə­əc­cüb, heyrət üz verir ki, axırda əcaib bir şeyə gü­­­lən ki­mi, bu­­­ra­da da in­­sana bir ma­ye­yi-gülünc və məzhəkə üz verir... Və belə gü­lünc bir za­man­­da, be­lə qu­li-biya­bani bir in­san­ların tarixini yaz­maq üçün, əhval və ət­va­­­rı­nı təs­vir et­mək üçün mə­gər “Molla Nəsrəd­din”in yaranma­ğı təbii deyil?” [Bax: Məmmədquluzadə C.M. Əsər­ləri. Dörd cilddə. IV cild səh.69]
Çar rusiyası yaxud Şovinist rus hökuməti və onun maarif na­zirləri mü­səl­man mək­təb­lərinə yerli di­l­lə­ri bilməyən xristianlar gön­­­­dərir, hətta bəzi mək­­təblərdə şə­riət dərs­lə­ri­ni də rus dilində ke­çir­dilər. Çar hö­ku­­məti məktəblərdə müs­­təmləkə siya­sə­ti­nə xidmət edən “lal metodu” tət­biq et­mək­­lə ruslaşdırma və xris­ti­an­laşdırma si­ya­sə­ti­ni daha da ge­niş­­ləndirirdi. Sözdə ana dilində danışmağı istəyən, lakin həqiqətdə ana dilini bilməyən, ona hör­­­mət etməyən insanların ikiüzlülüyünü Cəlil Məmmədquluzadə “Mey­munlar” adlı fel­yetonunda tənqid edə­­­­­­­­­­rək yazırdı: “Hürriyyət və hüquq da­vası düşəndən indiyədək heç bir müsəlman məc­­­­­­­lisi olmayıb ki, orda bir obrazovannı mü­səlman ayağa durub desin: “hö­kumət qoy­­­­­ma­­yır məktəblərdə ana dilimizi öyrənəm!”. Bir saatlığa tutaq ki, hökumət qoy­­mur mək­­­­təblərdə ana dilimizi öyrənək. Tutaq ki, bunu hö­kumət qoymur. Bəs ana di­­­li­­­mi­zi is­­­­tə­­məyi, ana dilimizə məhəbbət etməyi, ana dilimizi xoş­lamağı kim qoy­mur?”
C.Məm­məd­­­qu­lu­­­zadə Azərbaycan dilini bəyənməyən, ana dilinə laqeyd ya­na­şan, bü­­tün hərəkətlərində, praktik işlərində onun qiymətini alçaldan adamlara qarşı aman­­­sız ol­muş və onu jurnal səhifələrində ciddi şəkildə tənqid etmişdir. Böyük demokrat di­li­mi­zi yabancı sözlərlə korlamağa çalışan bəzi “təhsillilər”ə qarşı çox aman­­­sız ol­muş və on­la­rın nöqsanlarını çəkinmədən tənqid atəşinə tutmuşdur. C.Məm­məd­­­qu­lu­­­zadəyə gö­rə, be­­lə zi­ya­lılar ana di­li­mizi yabançı sözlərlə zibilləyir və ümumxalq möv­­qeyindən uzaq­laş­­­dı­rır­lar. 
Çar hökümətinin IV dövlət dumasında qeyri rus xalqlarının məktəblərində tə­li­min ana dilində apa­­­­­rıl­ması haqqında keçirilən mübahisələrə müsəlman və­kil­lə­ri­nin eti­na­sız­lığı “Mol­­­la Nəs­rəd­­din” jurnalının 1911-ci il 2-ci nömrəsində C.Məm­məd­qu­lu­za­də tə­­rə­­­­fin­­dən kəs­­kin tən­qid olun­muşdur. Dumada üzdəniraq ermənilər, gür­cülər təlimin ana dilin­də olma­sı­nı tələb et­dikləri halda, müsəlman vəkilləri əsas­­­­sız bəha­nə­lər­­lə onu lü­zum­suz sayır­dı­lar. Ana dili­nin tətbiqinə çar məmurları ilə yanaşı, müsəl­man ru­­hani­lə­ri də ma­­­neçilik tö­rə­dirdilər. Ana di­lində tədrisi rədd et­­məkdə birincilər rus­­­­laşdırma si­­ya­­sə­­­tini yeri­dir­di­lərsə, ikincilər ərəb­ləşdirmə, fars­laşdırma siyasətini təb­­­liğ etməyə ça­­lı­­­şırdılar. Möv­hu­matçı mollalar ana di­linin təd­risini həyata ke­çir­mək üçün böyük ma­­ne­ə­çiliklər törə­dir­dilər. Ona görə də “Mol­­la Nəsrəddin” jur­na­lı­­­nın 1911-ci il 2-ci nöm­­­­­­rəsində “Tər­cü­man” qəzetinə ver­di­­yi ca­vab­da C.Məm­məd­­­qulu­za­də dili kəs­mə­yi vü­­cudu balta ilə kəs­mək kimi bir şey hesab edir­di.
Maarifçilərin xatirələrini oxuduğumuz zaman görürük ki, ana dili fən­­­­ni­nə heç bir saat da ayrılmır, məktəbdə ancaq şəriət dərsləri keçilir və nəticədə ana dili müs­­­­tə­­qil bir fənn olaraq məktəbdə özünə yer tapmırdı. Cəlil Məmmədquluzadə bu xüsusda öz xa­ti­ra­tın­da yazırdı: “Rus dilini gə­rək be­­­lə da­nışaydıq ki, ruslardan bilmərrə fərqimiz ol­ma­yay­dı. Və bu iki mühüm dərs­­­­lər­­dən (elmi-ilahi dərslər nəzərdə tutulur – K.C.) savayı qeyri dərslər nisbətən o qə­dər lü­zum­lu nəzərə gəlmirdi. Məsələn, türk dilinin proqramda varlığı yox­lu­ğu­na bə­ra­­­bər idi. Və beş ilin müd­də­tində əgər qabaqlarda molla yanında bir şey oxu­­­ma­­mış ol­say­dım, adı­mı düz yazmaq qədərincə türk dilini öyrənə bilməyəcəkdim”. Çar hökuməti milli mədəniyyətin təzahürünü nə şəkildə olursa-olsun boğ­ma­­­­ğa ça­lı­­şır, rus ol­mayan millətlərə qarşı zorla “ruslaşdırma” siyasəti yeridir və di­nibir, qa­­nı­bir olan­lar ara­sında təriqət ayrılığı adı altında təfriqə salmağa çalışırdı. Cəlil Məm­məd­­­qu­lu­za­də be­lə mə­sələlərə etiraz edərək “Leontiyev” və ya “Öl­məz­dim” sər­lövhəli mə­qa­lə­sin­də ya­zırdı: “Şamaxıda şkolanın inspektoru cənab Leon­ti­yev ra­­zı ol­mur ki, şiə uşaqları sünni uşaq­­ları ilə bir yerdə oynasınlar, bir yerdə dərs oxu­­­­sun­lar, şkoladan evə qayıdan vaxt bir yer­də bir-biri ilə danışsınlar. Bilsəydim ki, cənab Loentiyevin fik­ri nədir, ölməz­dim”.
Bir daha qeyd edək ki, çar hökumətinin yerlərdəki nümayəndələri müxtəlif yol­­­lar­la Azərbaycan dilində dərs verilməyə maneçilik göstərirdilər. Belə vəziyyət So­­­vet­lər dö­­nə­min­də də davam etmiş və bu müddətdə hökumət həmişə Azərbaycan di­­­lin­­də apa­rı­lan təd­ris işinə cürbəcür vasitələrlə əngəllər törətməyə çalışmışlar. Cəlil Məm­məd­qu­lu­zadə azərbaycanlıların müxtəlif vasitələrlə ərəbləşdirilməsi və rus­­­laş­dı­rıl­ması əleyhi­nə ya­zır­dı: “Biz müsəlman­lar əlbəttə və əlbəttə gərək bir məx­­­rə­cə tabe olaq. Bu bizim al­nımıza ya­­zı­lıb. Bunsuz biz müsəlmanlar nəfəs çəkə bil­­­mə­nik, necə ki, balıq susuz və hey­van ha­va­sız nəfəs çəkə bilməz....
Xudavəndi-aləmdən qabaqca hökm olmuşdu ki, xoşbəxt müsəlmanların mü­ba­­­­rək bey­­­ni bir o qat ərəb məxrəcinin altında əzilsin və necə də ki, lazım idi əzildi: bir müd­­dət təh­­­­sili-elm və fənn, dünya mədəniyyəti və həqiqi işıqlanmağımız məhz və­­­­­ləz­­zallin məx­­rə­­cindən ibarət idi.
İndi də pərvərdigari-aləmin hökmü budur ki, biz müsəlmanlar bir qədər də rus məx­­­rəci ilə özümüzü bəxtəvərləndirək. Bunu hamı görür ki, bu saat Qafqaz mü­­­səl­man­­­la­rı­nı idarə edən şəxslərin heç birisi müsəlmanca yazıb-oxumaq ba­car­mır, nəinki ba­­­­carmır, bəl­kə hələ fəxr eləyir ki, bacarmır. Qafqazın mərkəzi hesab olu­­­nan ən baş məc­­­lislə­ri­miz­də dünya və aləm bir-birinə dəyə, müsəlmanca da­nı­şıl­maz... Elə məc­lis­lər­­­­də olmuşam ki, tək bir nəfər də türk dili bilməyən yoxdur, hə­min məclisimizdə qə­liz məx­­rəc ilə rusca da­nı­şıq olur, məclisin əvvəlindən axırına ki­­mi danışıqlar rus di­lin­də əmə­lə gəlir...”.
C.Məmmədquluzadə xatirələrində yazırdı: “Necə ki, oxucularımıza məlum­dur ki, biz “Molla Nəsrəddin” məcmuəsini açıq ana dilində yazmağa başladıq. Biz bu di­lə o sə­­bəbdən ana dili adı qoyuruq ki, bu dildə yazı yazanda və ortalığa “ana” söh­bə­ti gə­­­lən­də biz “ana”nı “ana” da yazırıq, amma qeyri yazıçılarımız, xah o və­də və xah in­di ya­zıla­rın­da “ana” ləfzi rast gələndə “ana” sözü əvəzinə “ma­­­dər” ya­zır­lar və həm­­­­­­çi­nin “ata” sözü əvə­­­zinə “pədər” yazırlar.
C.Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalının səhifələrində ana dilinin saflığı uğrunda mü­ba­­­ri­zə­­­yə dair çoxlu felyetonlarına, son xəbərlərinəə, hekayələrinə, Qafqaz xə­bər­lə­­­­rinə, ma­­­­­­­­­­­raq­lı şə­killərə və karikaturalara rast gəlirik. Bunlardan “Bi­zim ob­ra­zo­van­nı”lar” (“Molla Nəsrəddin” jurnalı, 1906, №2), “Mey­munlar” (“Molla Nəsrəddin” jurnalı, 1906, №31), “Ana di­­li” (“Molla Nəsrəddin” jurnalı, 1907, №4), “Ana di­­li” (“Molla Nəs­­­­rəd­din” jurnalı, 1908, №11), “Dil” (“Molla Nəsrəddin” jurnalı, 1908, №19), “Mü­­səl­­man müəl­limləri təziyəsi” (“Molla Nəsrəddin” jurnalı, 1911, №21), “Dili tu­tu­lub” (“Molla Nəs­­rəddin” jurnalı, 1914, №17), “Mis­­­­­­yo­ner­lər” (“Molla Nəsrəddin” jur­­nalı, 1921, №4), “Dərs ki­tabla­rı­mız” (“Molla Nəsrəddin” jurnalı, 1924, №40) və s. göstərmək olar.
Ana dilinə xor baxan, onu qiymətləndirməyən, ana dilində danışmağı özünə ək­­­­sik­­­lik he­­sab edən, Avropada təhsil almış, zahirən bilikli, ziyalı görünən, lakin son də­­­rə­­­cə mür­tə­­ce fikirlərlə yaşayan, ana dilinin tədris edilməsinə əhəmiyyət ver­mə­­­yən və xal­­­qın öz di­lin­­də, öz məktəbində savadlandırılmasında mühafizəkarlı­ğını mü­­­dafiə edən­­­­­ləri Cəlil Məmmədquluzadə felyetonunda şiddətli tənqid atəşinə tutur, be­­lə adam­la­ra acı­yır, ona gülür­dü­. “Bizim “Ob­ra­zo­van­nı”lar” felyeto­nun­da yazır ki: “Mənim bir rəfiqim var, özü də müsəlmandır, am­ma mə­­ni görəndə rus di­lin­dən savayı özgə dildə danışmaz. Mə­­sələn, söhbətimiz bu cür olur: mən onu gö­rəndə de­yi­rəm:

  • Hardan gəlirsən?
  • Mənə belə cavab verir:
  • Ya xodil na poçtu...
  • Nə səbəbə sən mənim ilə heç müsəlmanca danışmaq istəmirsən?
  • Yoldaşım mənə rus dilində belə cavab verdi:
  • Sluşay, kak-to stıdno, koqda obrazovannıy çelovek po-tatarski qovo­rit!.. (yə­­ni obrazovannının müsəlmanca danışmağı eyibdir!).

Çox sağ ol, rəfiqim, mən bunu bilmirdim!..
Doğma ana dilinin saflığı və mühafizəsi C.Məmmədquluzadənin “Anamın ki­ta­­bı” əsə­­­rində inandırıcılıqla əsaslandırılmışdır. “Ana nədir? Ana yaradıcıdır, ana kök­dür, əsas­dır, bünövrədir”. Bu əsərdə məqsəd ana dilinin bö­yük ro­lunu gös­­­tər­mək­dir. Xarici dillərin təsiri altında qalan Azərbaycan zi­ya­lı­la­rı­nın acı­­­na­caq­lı və­ziy­­­yə­ti bu­ra­da təsvir olunur. Ananın müxtəlif xarici dillərdə təhsil alan 3 oğ­lu bir-bi­ri­­ni başa düş­­­mədikləri kimi xalq onları başa düşmür. Amma qızı Gül­­­bahar doğ­­ma ana di­lində təh­­sil almışdır. O, qardaşlarının lüzumsuz, xalqdan uzaq kitab­la­­rı­­nı yan­dı­­rıb qar­daş­la­rı­nı birl­i­­yə çağırır. Gülbahar bircə doğma dildə olan ananın ki­­ta­­bını sax­la­yar­kən o, ki­tab­da ata­la­­rının vəsiyyəti yazılmışdır. Gül­ba­har kitabın so­nunda ya­zılan söz­lər­dən bir par­ça oxuyur: “Mən etiqad edirəm ki, mə­­nim də ba­la­larım dün­ya­­da hər ya­nı gə­zib do­lan­salar, gənə əv­vəl-axır anaları Zəh­­­ranın (əlini ana­sına tərəf tu­tur) ətra­fın­da gə­rək do­la­nalar; çün­ki ay və ul­duz şəm­­­sin parçaları olan kimi, bunlar da anala­rı­nın ayı və ul­duz­­la­rıdır. Vay o kəsin ha­­­l­ı­na ki, təbiətin hə­min qanununu poz­maq istəyə!”
Bütün bunlar da yuxarıda qeyd etdiyimiz kimi, çarizmin müstəmləkə siyasəti ilə əla­qə­­dar idi, ucqar xalq­la­rın dilinə, mədəniyyətinə qiymət verməməkdən irəli gə­lirdi.
jurnalda çap olunan karikaturalardan birində göstərilir ki, ərəb, fars, rus mil­­­­­lətindən olanlar hərəsi əlin­­­də bir dil kişinin ağzına soxurlar. Alt yazıda isə oxu­yu­ruq: “...Ay qardaşlar mən ki dilsiz xəlq olunmamışam, bu dilləri ağzıma so­xur­su­nuz...” [Bax: “Molla Nəsrəddin” jurnalı, 1906, №38]. Jurnalda başqa bir şəkildə isə təsvir edilir ki, məktəb müəl­­li­mi əlin­də ye­kə bir dil tu­tub uşaq­ların qarşısında dayanmışdır. Uşaqlar da öz dil­­lərini çı­xarıb mü­əl­­limə gös­tə­­rir­lər:
Şagirdlər: ­­­­­- “Ay Mirzə, bax bizim də dilimiz var, sən Allah, qoy onu da biz öy­­rə­nək”.
Müəllim: - “Yox, olmaz! Türk dili olmaz! Gərək bunu soxam boğazınıza” [Bax: “Molla Nəsrəddin” jurnalı, 1911, №8].
Dilimizə olan ögey münasibət bir para özünü “zi­yalı” sayan “müəllim”­lə­ri­mi­­­­zin eti­­nasızlığından irə­li gəlir. “Müsəlman müəllimləri təziyəsi”ndə oxu­yu­ruq: “Ba­­­­­cı­­lar, vu­­run başınıza vallah belə günlərə tab eləmək olmaz, Allaha rəvadır ki, bi­­­­zim mək­təb­də rus di­­­li olmasın. A bacılar rus dilini bilməyən heç in­san deyil, бо­же мой (Boje moy), rus di­li­ni bizdən at­men­yat edirlər, Vay, vay, vaxsey. Ağlayın ağ­­­lamaq vax­­tı gəl­di:
                      Əzizim yarım alma,
                      Yeməyə yarım alma,
                      Fələkə çox yalvardım,
                      Canım al rus dilin alma.
Jurnalın xalq pedaqogikası ruhunda çıxışını xüsusi qeyd etmək lazımdır. Sa­də el dilində olan bayatılardan tərbiyəvi təsir vasitəsi kimi etmək təq­di­rə­la­yiq­dir.
                      Əzizim rus dilidir,
                      Can dərmanı rus dilidir,
                      Vətən əldən getsə də,
                      Mənə qalan rus dilidir.
Xalq pedaqogikası nümunələrindən istifadə etməklə öz ana dilindən imtina edən­­lərə rişxənd eləyən mollanəsrəddinçilər rus dilini vətənlərindən üstün tu­tan­la­ra “Və­tən əldən getsə də, mənə qalan rus dilidir” deməklə onlara ölümcül zərbə vu­­rur­lar.
                      Əzizim Zülfüqara,
                      Tökülüb üzə zülf qara,
                      Əlimdən rus dilin alanı,
                      Tapşırdım Zülfüqara... [Bax: “Molla Nəsrəddin” jurnalı, 1911, №21].
Bu misralarda isə bayatıdakı cinaslardan istifadə etməklə daha ciddi yol se­çil­miş və rus dili aşiqləri tənqid hədəfinə çevrilmişdir.
“Müəllimlər və rus dili təziyəsi” adlı karikaturanın alt yazısında isə belə ya­zıl­mış­dır: “Bacılar ağlamayın: rus dili məktəblərdən dəxi götürülməyəcək. Трауръ по по­­воду национализации школъ”. Mollanəsrəddinçilərin ana dili sahəsində tutduğu mövqe çox mü­tə­rəqqi və düz­­­­gün ol­­muşdur, ona görə də böyük xalq kütləsi onu sevə-sevə oxu­yur­du.
Cəlil Məmmədquluzadənin bu fikirlərindən təbii ki, elə nəticə çıxarılmasın ki, bö­yük demokrat əcnəbi dillərin öyrənilməsinə qarşı çıxmışdır. Əlbəttə, yox, Cəlil Məm­məd­qu­luzadə xalqsayağı “əvvəlcə evin içi, sonra çölü” məsəlini ön planda tut­muş­dur.
Yekunda, ulu öndər Heydər Əliyevin sözləri ilə desək “xal­­­qımızın milli şü­u­ru­nun for­­­ma­­laş­ma­sın­­da məhz “Molla Nəs­­­­­­rəddin” jur­nalının və Cəlil Məmmədquluzadənin fəa­­liy­­yə­ti­nin ro­­lu əvəz­sizdir. Yazıçı, şair dövrün nəb­­­­zi­ni tut­ma­­ğı bacarmalı, aktual möv­­zuları gündəmə gətirməli, ideya və bədii cə­­­­hət­­­­­­­dən on­­la­rı yüksək sə­viy­­yədə həll et­məyi bacarmalıdır.”. Bu mənada böyük demokrat Cəlil Məmmədquluzadə ana dilində mək­təb­lə­rin aç­ıl­­­ma­sı, ora­da mütərəqqi ruhlu müəllimlərin çalışması, tədris olunan ana di­li­mi­zin əc­­nə­bi söz­­lər­­dən, xüsusilə ərəb-fars sözlərindən təmizlənməsi, xurafatçılıqdandan yaxa qur­­­tarmaq uğrunda mü­tə­ma­di ola­raq mü­ba­ri­­­zə aparmışdır. Cəlil Məmmədquluzadə ma­arif­çilər Azərbaycan mək­­­təb və pe­da­qo­ji fik­rin in­ki­­şafı ta­ri­xin­də mü­hüm yer tu­tan, onun in­ki­şa­fı yo­lun­da si­­­­lin­məz iz bu­ra­xan, çox­­şa­­xə­li ta­rixi xid­mət­ləri ilə me­­­todik fik­ri irəli apa­ran şəx­siy­yət­lər­­dən ol­muşdur. Mir­zə Cə­li­lin müəl­lim­lik fəaliy­yə­­tin­də, fel­ye­ton­la­rın­da, mək­tub və pub­­­­­lisist ya­zı­la­rında ana dili haq­­­qında fikir­lə­ri və s. kimi ümumi pe­da­­­qo­ji istiqamətlər gə­lə­­­cək­də də gənc təd­qi­­qat­çı­lar tərəfindən öyrənil­mə­yə layiqdir.

Kamal CAMALOV

Pedaqogika üzrə fəlsəfə doktoru, 

Azərbaycan Respublikasının əməkdar müəllimi


برچسب‌ها: جلیل محمدقولوزاده, ادبیات
+ :  یکشنبه ۱۴۰۰/۰۴/۲۰ساعات 1:51  يازان :   عباس ائلچین  |