|
|
|
|
|
Dörd divar Bir dəlinin qeydləri İlqar Fəhmi "Tək" Orxan Fikrətoğluna İlahi, axı niyə burda bircə dənə də siçovul yoxdu. Niyə? Olabilməz… Bir ay, üç ay, beş ay… Mümkün deyil. Niyə yoxdu? Axıömrü boyu görmüşük ki, nəm, rütubətli zirzəmidə, zindanda, məhbəsdə siçovullar dolaşıb, məhbusların yeganə həmdəmi buquyruqlu heyvanlar olub; zindana dəlmə-deşikdən sərbəst girib-çıxan siçovullara məhbuslar həmişə həsrətlə baxıblar, onların azadlığına qibtə ediblər, hətta özləri də siçovul olmaq istəyiblər;onlarla dostlaşıblar, yediklərinin qırıntılarından onlarçün atıblar, hətta bəlkə ürəklərinin dərinliklərində arzulayıblar ki, bu siçovullaronların halına acıyar, zindana girib-çıxdıqları deşikləri bir az böyükeləyər, tunelə çevirər və günlərin bir günü səhər tezdən monitorunekranından kameraya baxan nəzarətçilər görər ki, kamera dörd divararasında polad çarpayıdan, beton döşəməyə bərkidilmiş dəmir stol-stuldan və unitazdan başqa heç nəyi göstərmir; cəld mühafizəçiləriotağa göndərər, başılovlu halda kameraya girən silahlı mühafizəçilər də beton döşəmədəki yemək qırıntılarını gəmirən bir-iki siçovuldanbaşqa heç nə görməzlər… Bəs məhbus hanı? Bu lənətə gəlmişterrorçu hara yoxa çıxıb… Axı divarın dibində də ancaq siçovulunsığışa biləcəyi deşikdən başqa heç nə yoxdu…Niyə? Çünki məhbus çıxandan sonra siçovullar tuneli tez bağlayıblar ki, terrorçuyaqaçmağa kömək elədiklərinə görə həbs edilməsinlər, məhkəmə qarşısında dayanmasınlar, elektrik stoluna oturmasınlar. Siçovullarağıllıdırlar axı… Ufff… Bəs hanı mənim siçovullarım, niyə köməyə gəlmirlər…. Odur, divarın aşağısında da, stolun-stulun dəmir ayaqlarında da cızıqlar var, siçovul dişlərinin izlərinə oxşayır, deməli nə vaxtsa burda da olublar, kamerada gəzişiblər, dişlərini sınağa çəkiblər, hələ bəlkə məndən əvvəlki məhbusa qaçmağakömək eləyiblər, azadlığa çıxardıblar... Quantanamadan bu vaxtacan heç kim qaça bilməyib axı,bunu hamı bilir… Amma yalandı, siçovullar mütləq kimisə qaçırdıblar, sadəcə həbsxana rəhbərliyi bu məsələni yəqin ki, səsə salmayıb, ört-basdır eləyib ki, heç kim bilməsin, yoxsa bütün dünyabaşa düşər ki, Quantanama məhbusları siçovulların gözündə dahadəyərlidir, nəinki amerikalıların; siçovullar bu bədbəxt, məzlum insanları daha yaxşı başa düşür, nəinki amerikalılar; siçovullar sudabatan adamı da köməksiz qoymur, nəinki amerikalılar; dünyanı daəslində siçovular idarə edir, nəinki amerikalılar… Bəs hardadıbunlar. Bəlkə bu neçə ayı məni gizlincə müşahidə edirlər, betondivarların dibindəki balaca xırda deşiklərdən mənə gizlincə gözqoyurlar? Hə, düzdü, təbiidi, əlbəttə ki burdakı siçovullar məni yaxşı tanıyır, bilirlər ki, xilas edilməyə layiq adamlardır, yoxsayox… Bəs məni necə tanyırılar görəsən? Gərək siçovullar bilsinlərki, mən kiməm, nə hisslər keçirdirəm, içimdə hansı fikirlər dolaşır.Onda başa düşərlər ki, mən illərlə burda çürüməyə layiq deyiləm… Maraqlıdı, axı burda təkadamlıq kamerada heç kim yoxdu ki, söhbət edək, onlar da bizim danışdıqlarımızı analiz eləyib hisslərimiz duyğularımız haqqında nəticə çıxarsınlar… Heç kim yox, söhbət dəyox, ancaq mühafizəçilərin ayaqqabılarıdı görünən dəmir qapının aşağısında, yalnız par-par yanan qara batinkalar, başqa heç kim… Nə adam var nə söhbət, burda hamı ancaq öz-özüylə danışır, o qədər danışır ki axırda dəli olur… Aman Allah, bəlkə onlar mənim fikirlərimi oxuyurlar? Hə hə, başqa cür mümkün deyil, adam yoxsöhbət yox, yalnız fikirlər, adamı havalandıran fikirlər… Hə, başadüşdüm, dəqiqdi, onlar küncdəki deşikdən məni güdürlər, fikirlərimi oxuyurlar, əgər onları qane eləsə, kömək edəcəklər mənə… Deməli hər gün məni yalnız tavandakı kiçik kamera yox, həm də döşəmədəki deşikdən baxan bir cüt siçovul gözü izləyir, müşahidə edir, həm də monitor arxasında oturub kamerayabaxanlardan fərqli olaraq siçovullar həm də mənim fikirlərimi oxuyabilirlər… Əstağfürullah, bu nə əcaib işdi.. Mənə öyrədiblər ki, adamı həmişə yalnız Allahın gözü izləyir, harda olsan neynəsən, hətta necə fikirləşsən də Allah görür, Allah bilir… Amma indiməlum olur ki, izləyən təkcə Allah deyil, həm də siçovullardı, həm izləyirlər, həm də fikirlərimi oxuyurlar… Hə, siçovullar izləyir məni, dəqiq bilirəm, baxırlar, bütün künclərdən baxırlar, qırmızı gözlərini zilləyiblər mənə, bütün fikrimdəkiləri də oxuyurlar, gözləyirlər, çıxmırlar; amma nəyi gözləyirlər, bəlkə qorxurlar mənlədost olmağa, hə qorxurlar, çox qorxurlar: axı əvvəlkilər qorxmurdu, Qəndəharda da, Hələbdə də siçovullar qorxmurdu məndən, hətta Bakıdakı zirzəmi evimizdə də qorxmurdular məndən, az qalaağzımın içinə girirdilər, oyaq olanda da, yatanda da; bəs indi niyəqorxurlar, bəlkə buraların siçovulları fərqlidi, başqa cürdü; ancaqyox, ola bilməz, dünyada hər şey fərqli ola bilər, adamlar, ağaclar,torpaq, hətta səmalar da fərqli ola bilər, amma siçovullar eynidi, hər yerdə siçovullar eynidi, eyni xarakterdə, eyni sifətdə, elə bil hamısıbir-birinin əksidi, ya da yox, hamısı elə eyni siçovullardı, hə, hə, eynidilər, Bakıdakı siçovullar da həminkilərdi, Moskvadakılar da, Çeçenistandakı siçovullar da, Kabul da, Hələb də… Eyni siçovullarizləyib məni həmişə, hə hə, siçovullar adamın taleyi, qisməti, kölgəsi kimidi, anadan oldunsa, sənin siçovulların da dünyaya gəlir, hər yerdə ardınca düşür, izləyir səni, sən böyüyürsən siçovullar daböyüyür, ardınca gəlir, kabus kimi, eyni siçovullar, eyni kabuslar, hərdən siçovul kimi görünürlər, hərdən adam kimi; ətrafdakı adamların cildinə girir bu siçovullar, sənin taleyini müəyyənləşdirir, sənin ardınca gedir; ya da yox, yox, onlar sənin ardınca gəlmir yox, səni öz ardıyca aparır siçovullar.. hə hə düzdü, onlar aparır səni; ətrafdakı insanların içinə girir, baxırsan ki, adamdı, insandı, ancaqəslində səninlə danışan kimsə başqa bir adam deyil, sənin özsiçovullarındı, ətrafını əhatəyə alıb, nəfəs dərməyə də imkan vermir, danışır, inandırır, başa salır; lakin sən bilmirsən ki, siçovullarınla danışırsan, bilmirsən, heç kim bilmir; mən də bilmirdim, o vaxtbilmirdim, anlamırdım, indiki ağlım onda yox idi, danışdığım adamların gözünün içinə baxanda orda insan hissləri, sevgigörürdüm, ancaq anlamırdım ki, bunlar insan hissləri deyil, siçovulehtiraslarıdı, məni aldadıb ardıyca aparır, mənə uşaqlıqda, zəifsən, səfehsən, heç bir iş əlindən gəlmir deyən atam da siçovul idi, məni,adam yerinə qoymayan, tikəmi əlimdən alan qardaşım da siçovul idi, mənə hər dəfə baxanda ağzını büzən sinif qızları da siçovul idi, qapazaltı eləyən məhəllə uşaqları da siçovul idi, sonradan mənə güclüsən, iradəlisən deyən əxilər də siçovul idi, sən heç vaxt tək deyilsən, Allah həmişə sənin başının üstündədi deyən ustadım dasiçovul idi, özümüzdən başqa hamıya nifrət eləməyi öyrədənlər dəsiçovul idi, əlimə avtomat verənlər də, dünyanın dava-dalaş yerlərini gəzdirən silahdaşlarım da siçovul idi, məni əsir alan düşmənlərim dəsiçovullar idi, əsirlikdən azad edən dindaşlarım da siçovul idi, hə hamı siçovul idi, əsirlikdəki zirzəmilərdə ayaqlarımın üstündədolaşan siçovullar idi hamısı, hamısıııı… Eyni siçovullar, eyni baxışlar, eyni dişlər, amma o vaxt başadüşməmişdim, indi anladım, hə, indi; burda dəmir qapının arxasındabaşa düşdüm ki, mən ömrü boyu insan cildinə girən siçovulların arasında olmuşam, siçovullarla ömür sürmüşəm; hər yerdə məni izləyiblər, dalımca düşüblər, barmaqlarımı didiblər, başıma qapazvurublar, yemək verməyiblər, adam yerinə qoymayıblar, sonradanisə əksinə, tərifləyib göyə qaldırıblar, öz cərgələrinə qatıblar, gülləatmaq, bomba partlatmaq, hamıya nifrət eləmək öyrədiblər, hər yerdə ardımca gəliblər; indi də burdadılar, amma bu dəfə özlərini göstərmirlər, ancaq divarın künclərindəki xırda deşiklərin arxasından mənə boylanırlar, səsləri də çıxmır, niyə görünmürlər axı, niyə məni atdılar; axı hər yerdə mənimlə olublar, hər yerdə qırmızı gözlərini görmüşəm, hətta yuxuma da girib həmişə onların qırmızı gözləri, bəlkə mənə yemək gətirən nəzarətçilər də onlar idi, əsir götürəndən sonra qollarımı bağlayanlar, maşından-maşına, təyyarədən-təyyarəyə sürüyən əsgərlər də onlar idi; amma bilmirdim, axı mən yaralanıb əsir düşəndən sonra heç kimin gözlərini görməmişəm, hər yerdə başımıza kisə salıblar, ancaq qaranlıqdaolmuşam, dünyanın bir başından bu biri başına gətiriblər, lakingözüm insan sifəti görməyib; görsəydim, bilərdim ki, siçovullarım hələ də məni izləyir yoxsa yox; indi də görmürəm insan sifəti, yalnız ayaqqabılarını görürəm, bu yarım ildə bütün bəşəriyyət mənimçün yalnız ayaqqabılardan ibarət olub, ancaq ayaqqabılar, qalın kobud əskər ayaqqabıları; hərdən təmiz, hərdən çirkli; hərdən mərhəmətli, hərdən qəddar,hərdən qara, hərdən boz; əsir götürüləndən elə bil ki ayaqqabılar dünyasına məhkumolunmuşam… Ayaqqabılarını görürəm, amma gözlərini görmürəm;hətta dindirəndə, ifadə alanda da şüşə arxasında olurdular, üzlərigörünmürdü; bilmirəm, yenə də siçovullar məni izləyir, ya yox; yəqin ki, yox, əgər bunlar da mənim siçovullarım olsaydı, gizlənpaç oynamazdılar, gözlərini göstərərdilər mənə; özlərini gizlətməzdilər, görünərdilər; bəs niyə görünmürlər? Bəlkə istəyirlər darıxımonlarçün, həsrət çəkim, xəyalımda təsəvvür edim onları? Hə, hə, yəqin bunu istəyirlər, darıxmağımı, həsrət çəkməyimi… İstəyirlər mənə öz vacibliklərini göstərsinlər, mənə anlatsınlar ki, biz olmasaq, sən heç kimsən; ya da yox, bəlkə başqasəbəb var, bəlkə niyyətləri başqadı gizlənməkdə, istəyirlər ki, mənim yuxularıma girsinlər, hə hə, yuxularıma girmək istəyirlər, axı hər şeyimə sahib olmuşdular, bircə yuxularımdan başqa , yuxularım onların deyildi, yuxularım tamam başqa idi, yuxularım cənnət idi,orda bircə dənə də siçovul yox idi, yalnız göyərçinlər ağappaqgöyərçinlər, amma indi siçovullar istəyir ki, yuxuma girsinlər, istəyirlər ki, onlarçün darıxım, arzulayım, bütün günü onları fikirləşim, fikirləşə-fikirləşə də yuxuya gedim və onlar da mənim fikirlərimin ucundan tutub yuxularıma sıçrasınlar, fikirlərimdədeşik açıb yuxularıma da yol açsınlar, ordakı göyərçinlərin hamısınıboğub öldürsünlər, mənə tam sahib olsunlar və nəhayət, sonarzularına çatdırsınlar, məni də özləri kimi siçovul eləsinlər; hə, hə,son məqsədləri məhz budur, məni də siçovul eləsinlər, gözlərimin bəbəkləri qızarsın, dərimin üstünə boz tüklər çıxsın, quyruğumuzansın, mən də dönüb onlar kimi siçovul olum, sonra dasiçovullara verilən bütün tapşırıqları yerinə yetirim, mən də başqalarının siçovulu olum, onları izləyim, ardımca aparım, hamıya nifrət eləməyi öyrədim, əllərinə silah verim, bellərinə bombabağlayım; əlbəttə, budur istədikləri, məni də özlərindən birinə çevirmək və öz gördükləri işi gördürmək- bunu istəyirlər; yoxsaneynirdilər mənim siçovul olmağımı? İstəməzdilər, bəlkə də istəmirlər… Ancaq hər şey onların istəyindənmi asılıdır? Bəlkə mən elə əvvəldən siçovul olmuşam? Elə ilk gündən…Hə, elədir. Bəlkəona görə siçovullar həmişə mənim başıma dolaşıb, hiss ediblər ki, mən də onlar kimi ola bilərəm, yaxud elə mən də insan siçovulam, sadəcə, müvəqəti insan paltarı geyinmişəm, qıvrım saçlarım olub,sivri burnum olub, sızanaqlı üzüm olub, xırda gözlərim olub, ikiəlim, iki ayağım olub, insana oxşamışam, ancaq əslində elə əvvəldənsiçovul olmuşam batində, boz siçovul… Özüm hiss eləməmişəm,amma başqaları hiss edib, ona görə həmişə mənə ikrahla baxıblar, həmişə ağız büzüblər, həmişə özlərindən uzaqlaşdırıblar; hamıdeyib əlindən mərdimazarlıqdan başqa bir iş gəlmir, heç kiməxeyrin yoxdu, ancaq ziyan vura bilirsən, kinlisən, riyakarsan, paxılsan… yəqin ki, hiss ediblər ki, əslində mən insan deyiləm,siçovulam, o divarın dibindəki deşikdən mənə baxan siçovullar kimimənim də quyruğum var, iti burnum var; biliblər, anlayıblar, hamı anlayıb… Dayan, bəs əgər hamı bilibsə mənim əslində siçovulolmağımı, bəs görəsən əxilər niyə bilməyiblər, niyə başadüşməyiblər? Axı elə ilk tanışlıqdan mənə deyirdilər ki, sən şəxsiyyətsən, sən güclüsən, əzəmətlisən, çünki Allahın sevə-sevə yaratdığı insansan; hə, insansan deyirdilər mənə, kainatın sərvəriolan insan; mənə siçovul demirdilər, məndən kənara qaçmırdılar, ağız büzmürdülər, məni öz doğmaları bilirdilər, başıma dolanırdılar,saatlarla dinləyirdilər, bütün dərdlərimə iztirablarıma şərikolurdular; axı bilsəydilər ki, əslində mən də siçovulam, mənə buqədər diqqət göstərməzdilər, bütün problemlərimi həll eləməyə çalışmazdılar, içimdəki qaranlığı dağıdıb ora iman işığı doldurmazdılar, mənə Allahı sevdirməzdilər; axı nəyə görə, niyəbaşa düşmürdülər ki, mən siçovulam, əslində insan deyiləm, bəlkə əksinə, mən insanam, əsl insan, lakin mənim insan olduğumuəxilərdən başqa heç kim başa düşmürdü, heç kim dərk eləmirdi, yalnız onlar, yalnız onlar hiss edirdilər ki, siçovul cildinin altında əsl insan dayanır, ya da əksinə… bilmirəm, heç nə bilmirəm, yaxşısını Allah bilir, Allahdan başqa heç kim heç nə bilmir, həttasiçovullar da… Amma yox, siçovullar hər şeyi bilir, bilməsəydilər uşaqlıqdan o dar balaca nəm zirzəmidə mənim ayaqlarımın üstündə dolaşmazdılar, gecə yatanda üstümdən o yan-bu yana keçməzdilər...Elədir ki, var, düz tapmışam, siçovullar o vaxtdan hiss edirdilər ki, mən də onlardan biriyəm, o vaxtdan bilirdilər ki, mən də nə vaxtsaonlara möhtac olacam, nə vaxtsa oturub dar beton kameranın döşəməsinə baxacam, arzulayacam ki, kaş bu saat bir deşikdən birsiçovul çıxaydı, məni xilas edəydi… Hə, onlar bilirdi, bilirdi ki,siçovulam… bəs necə olub ki, əxilər bilməyiblər… Necə olub ki, anlamayıblar?Yoxsa məni bu qədər göylərə qaldırmazdılar, deməzdilər ki, sən təmiz adamsan, saf adamsan, igidsən, cəsarətlisən, qorxmazsan, qüdrətlisən, əzəmətlisən… və ən əsas dafədakarsan… çünki əsl insan fədakar olmağı bacarmalıdı, Allahyolunda, ədalət yolunda canından keçməyi bacarmalıdı, bunubacarmayana insan demək olmaz, ancaq siçanlar, siçovullar qorxurcanfədalıqdan, əsl insan isə qorxmur, çünki insanın siçandan-siçovuldan fərqi də məhz budur, çünki bu murdar heyvanlar heçvaxt bunu bacarmazlar… Dayan, bəs niyə insanla siçovulumüqayisə edirdilər? Məhz belə deyirdilər həmişə, insan bunubacarar, siçovul isə bacarmaz; onda belə çıxır ki, mənim batindəsiçovul olmağımı hiss eləyiblər, amma üzə vurmayıblar, istəyiblərki, yavaş-yavaş məni həqiqi insana çevirsinlər, onunçün çalışırdılar,Allah yolunda canfədalıq eləməyə hazır olan əsl insan... Bəlkə dəheç bu olmayıb niyyətləri? Başqa şey olub? Nə olub görəsən? Niyə mənim siçovul olmağımı bilə-bilə məni insan kimi qəbul ediblər? Axı bunun bir səbəbi olmalıdı? Yəqin elə siçovullarla əlbirdilər… Əşi, bu saat mənimçün nə fərqi var? Bu saat ən əhəmiyyətli olansiçovulların gəlib məni xilas eləməyidi… Axı harda qaldı bunlar? Niyə yoxdular? Niyə başa düşmürlər ki, bu dörd divar arasında busaat Allahın mələklərindən də çox məhz onları gözləyirəm, köhnə dostlarımı, axı baxırlar mənə divardakı o balaca deşiklərdən, baxırlar, bəs niyə köməyə gəlmirlər? Hansı işimdən narazı qalıblar, axı mən həmişə onların əmrlərindən çıxmamışam, nə deyiblərsə, eləmişəm, vur deyiblər vurmuşam, öldur deyiblər, öldürmüşəm,partlat deyiblər, partlatmışam, hər şeyi onların istədiyi kimieləmişəm, çünki mən güclüyəm, qüdrətliyəm, mən Allahın sevimlibəndəsiyəm, qapazaltı deyiləm, kinli, paxıl, rəzil deyiləm; bəs ondaniyə yoxdurlar, niyə məni xilas eləmirlər, niyə divarın küncündəki xırda deşikləri böyütmürlər ki, məni burdan xilas eləsinlər, bu dörddivardan qurtulum, yenə əlimə silah götürüb, yenə Allahdüşmənləriylə cihada çıxım; Bəlkə artıq vaxtım çatıb, bəlkə insancildində həyatımın sonudu, bəlkə bundan sonra gərək mən də dərimisoyunum, əsl siçovul olum onlar kimi; həəə, yəqin onu gözləyirlər,İlahi, necə olub ki başa düşməmişəm, hər şeyin öz vaxtı var, mən dəinsan cildində neynəyə bilərəmsə, eləmişəm, indi həyatımın siçovulcildində keçməli olan mərhələsi başlayıb, indi həqiqi batini sifətimi almalıyam, siçovul olmalıyam, onlardan birinə çevrilməliyəm - heçnədən qorxmayan, heç bir sədd-divar tanımayan, heç vaxt məhbusolmayan azad siçovul; yüz faiz onu gözləyirlər; gözləyirlər ki, mənim də əl-ayağım bozarsın, dərimə uzun tüklər çıxsın, burnumuzansın, gözlərim kiçilsin; yavaş-yavaş siçovul olum mən də… Bəs niyə olmuram? Niyə? İlahi, niyə məni siçovul eləmirsən? Axı bubeton divarların arasında aylarla-illərlə oturmağımdan sənə nəfayda? Axı mən sənin yolunda heç nə eləyə bilmirəm burda? Əl-ayağım bağlı kimidir. Çıxmaq istəyirəm burdan, yoxsa havalanacam, bəlkə də artıq havalanmışam, İlahi, qurtar məni burdan… Siçovulelə məni... İlahi, yalvarıram, məni təzədən siçovul elə ki, qurtulumburdan, məni əslimə qaytar, əslimə, nə olar, məni siçovul eləİlaaaaahi, yalvarıraaaaammmm…. Ədəbiyyat qəzeti.- 2017.- 10 iyun.- S.14-15. |
||
|
+
: چهارشنبه ۱۳۹۹/۱۱/۰۱ساعات 22:21 يازان : عباس ائلچین
|
|
||