ایروان تورکلری‌نین ادبی مطبوعات آبیده‌سی، لک لک درگیسی
ساتیریک ادبیات (Satirik Ədəbiyyat)

ایروان تورکلری‌نین ادبی مطبوعات آبیده‌سی

"لک لک"

درگیسی

یوکله-Yüklə

 

İrəvan türklərinin ədəbi mətbuat abidəsi
“Lək-lək”

Jurnalı
Transliterasiyanın , ön sözün və lüğətin müəllifi Ziyəddin Məhərrəmov, filologiya elmləri namizədi.
“Açıq dünya”
jurnalı nəşriyyatı, Bakı, 2008, 149 səh.

 

Oxuculara təqdim olunan bu məcmuə XX əsrin ininci onilliyində Qərbi Azərbaycanda – oğuz
yurdu İrəvanda 1914-cü il fevral ayının 22-dən həmin ilin 30 iyunundadək nəşr olunmuş, cəmi 12 nömrəsi işıq üzü görmüş “Lək-lək” (əslində senzura sənədlərində “Leylək” (Aist) jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyasıdır. “Lək-lək” “Molla Nəsrəddin” ədəbi məktəbi ənənələrini davam etdirmişdir. Jurnalının naşir və redaktoru Mirməhəmməd Mirfətullayev və Cabbar Əsgərzadə olmuşdur, jurnal İrəvandakı “Luys” mətbəəsində çap edilmişdir. Onun nəşrinin dayandırılması ilə bağlı müəllifin qeydləri vardır. Həmin dövrün ictimai-siyasi, ədəbi və mədəni hadisələri ilə yaxından tanış olmaq mümkündür.

+ :  یکشنبه ۱۳۹۹/۰۱/۰۳ساعات 13:39  يازان :   عباس ائلچین  |