ملا نصرالدین (Molla Nəsrəddin) | اسفند ۱۳۹۸
ساتیریک ادبیات (Satirik Ədəbiyyat)

İblislə sövdələşmə 

 Mark Tven

Belə bir şəraitdə qəlbimi İblisə satmaq qərarına gəldim – polad səhmlərinin məzənnəsi düşmüş, digər səhmlərin də vəziyyəti ürəkaçan deyildi, etibarlı müəssisələr də iflasa uğrayırdılar. Nə qədər ki, əlimdə bir miqdar sərvətim var, tez bir zamanda onu dövriyyəyə buraxıb kapital toplamaq lazım idi. Çox yubanmadan yerli dəllallardan biri cənab N.-ə təklif edilən məhsulun və onun hansı vəziyyətdə olmasını ətraflı təsvir edən məktub yolladım. İblislə görüş gecikmədən tez bir zamanda təşkil edildi. Müqavilə bağlandığı təqdirdə dəllal 2,5 % komisyon haqqı alacaqdı.Düşüncələrə dalmış vəziyyətdə qaranlıq otaqda əyləşib İblisin yolunu gözləyirdim. Elə sükut hökm sürürdü  ki, milçək uçsaydı vızıltısı eşidilərdi. Budur, uzaqdan güclə eşidilən qalın kilsə zənglərinin səsi gecəyarısının düşməsindən xəbər verir: bom-m, bom-m. Ayağa qalxıb daxilən özümü qonağın qulaqbatırıcı gurultu və kükürd iyi ilə müşaiyət edilən gəlişinə hazırlayıram. Lakin nə gurultu qopdu, nə də kükürd iyi gəldi. Bağlı qapının arasından sakitcə içəri keçən müasir görünüşlü İblis səhnədə görməyə adət etdiyimiz görkəmdə idi – hündür, qədd-qamətli, yüngül yerişli, əynində bədəni saran triko, böyründə şpaqa, çiyinlərə atılmış enli qısa plaş, üzərinə başı aşağı əyilmiş lələk sancılan qoçaqcasına şaxı sındırılmış şlyapa, ağıllı üzündə incə mefistofelvari istehzalı təbəssüm.


آردي وار | ardı var
+ :  سه شنبه ۱۳۹۸/۱۲/۲۰ساعات 14:0  يازان :   عباس ائلچین  | 

“Molla Nəsrəddin” - milli kimliyimizin yaddaş kitabı

 

Gülşən ƏLİYEVA-KƏNGƏRLİ
Filologiya elmləri doktoru, professor 

Azərbaycan mollanəsrəddinşünaslığı XX əsr Azərbaycan ədəbiyyatşünaslığının  mühüm istiqamətlərindən  birini təşkil edir. 

Təkcə milli mətbuatımızın deyil, ümumiyyətlə Şərq, türk-islam mətbuatının ən möhtəşəm dərgisi olan “Molla Nəsrəddin”  yarandığı gündən - 1906-cı ildən etibarən ədəbi-tarixi fikrin diqqət mərkəzində olmuşdur. Bunun bir neçə səbəbi var idi. Birincisi jurnalın ilk sayında yazılan “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” bəyanatında ifadə olunmuş böyük və müqəddəs məram idi. 


آردي وار | ardı var
+ :  سه شنبه ۱۳۹۸/۱۲/۰۶ساعات 22:20  يازان :   عباس ائلچین  |